Bunu açıqlamasında IRCICA-nın baş direktoru professor Mahmut Erol Kılıç deyib.
Onun sözlərinə görə, ermənilər xristian dininə mənsubdular və onlar xristian dininin təməlində mərhəmət dayandığını desələr də, öz əməllərində bu mərhəməti göstərməyiblər:
“Bizim məbədlərimizi, məscidlərimizi, tarixi abidələrimizi yerlə-yeksan etdilər. Hətta bu gün Ermənistan ərazisində olan Azərbaycan abidələrini yoxlaması üçün UNESCO missiyasına icazə də vermirlər. Bu, necə xristianlıq, necə dinlərarası dialoqdur?!“
M.E.Kılıç bildirib ki, ermənilər bu cür addımları Türkiyəyə qarşı da atıblar:
“Mən Türkiyə türkü olaraq əminliklə deyirəm ki, eyni şeyi bizdə də ediblər. Əvvəlcə bir çox müsəlmanı, türkü qətlə yetirdilər. Amma bu məsələlərin üzərinə gedilmədi. Müsəlmanın müsəlmandan başqa dostu yoxdur”.
Baş direktor vurğulayıb ki, tarixən müsəlmanlar nə etsələr də, heç vaxt İslam düşmənlərini tam inandıra bilməyiblər:
“Dünyada müsəlman olmayan bəzi dairələrdə İslama qarşı qərəz hələ də davam edir. Təbii ki, bu gün İslamı təmsil etdiyini iddia edən, əslində onu terror dini kimi göstərən şəxslərin yanaşmaları da islamofobiyanı daha da gücləndirir. Bunlara qarşə öz ənənəvi İslam fəlsəfəmizi, estetikamızı, sənətimizi, ədəbiyyatımızı nümayiş etdirməyə və islamın müsbət tərəflərini göstərməyə davam etməliyik. Məsələn, Azərbaycan torpaqlarında Nəimi, Seyid Yahya Şirvani, Nizami Gəncəvi kimi o qədər böyük şairlər, ariflər, ədiblər yetişib ki, biz İslamı onların vasitəsilə gözəl şəkildə təmsil edə bilərik". (Report)