Bu barədə Dövlət Komitəsindən bildirilib.
Seminarın əsas məqsədi və mövzusu Azərbaycanda və dünyada sülhün möhkəmləndirilməsi, sülh quruculuğu sahəsində müasir yanaşmaların müzakirəsi, həmçinin sabitliyin və davamlı inkişafın təşviqinə töhfə vermək olub.
Qlazqo Universitetinin UNESCO üzrə nümayəndəsi və məruzəçisi Hyab Yohannes, alim-yazıçı Tavona Sitolle, Orta Doğu Teknik Universitetinin alimi Dilara Özəl, "Caspian Circle" jurnalının təsisçisi, jurnalist Fuad Ələkbərov, Azərbaycan Cəmiyyətinin rəhbəri Samirə Həsənzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva, universitetin tələbələri Nərmin Əliyeva, Nailə Əhmədova, və Azərbaycan diasporunun təmsilçiləri mövzu ilə bağlı çıxışlar ediblər.
Seminarda sülh mövzusu müxtəlif aspektlər üzrə təqdimatlar və interaktiv müzakirələr vasitəsilə işıqlandırılıb. İştirakçılar üçün təlim təşkil olunub, sülh quruculuğunun nəzəri və praktiki çərçivələri diqqətə çatdırılıb.
Sonda çıxışçılara Azərbaycanla bağlı hədiyyələr verilib. (Report)