19.09.2024, 16:41
AZ EN
14.04.2023, 14:48 247

Sahibə Qafarova: “Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür”

XƏBƏRLƏR
  • Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib.

O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir: "Bu da insan tələfatına səbəb olur".

Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR