İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif ölkələrdən gələn gənclər Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar.
Qonaqlar Şuşa qalası, Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər, Şuşanın qədim küçələrini dolaşıblar.
Onlar Şuşanın tarixi əhəmiyyəti, eləcə də ermənilərin işğal dövründə şəhərə vurduğu ziyan barədə məlumatlandırılıb. (Report)