05.02.2025, 19:55
AZ EN
12.04.2023, 09:44 297

Xalid Teymur Əkrəm: “Dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməlidir”

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan Silahlı Qüvvələrinin bölmələri xeyli itki verib. Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub.

“Dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməlidir”. Bunu “Real” TV-yə açıqlamasında pakistanlı siyasi ekspert, siyasi araşdırmalar mərkəzinin rəhbəri Xalid Teymur Əkrəm deyib. O, bildirib ki, Ermənistanın təxribatları Cənubi Qafqazda qəstdən sülhün pozulmasına yönəlmiş mütəşəkkil cinayətdir. Ermənistanın istənilən cinayətləri onun tamamilə iflasına gətirib çıxaracaq: “Ermənistanla Azərbaycan arasında daha bir gərginliyin şahidi olduq. Ermənistanın Silahlı Qüvvələri Qarabağda Azərbaycanın Silahlı Qüvvələrinə atəş açmağa başlayıblar. Biz açıq şəkildə deyə bilərik ki, bu, Ermənistanın birinci təxribatı deyil. Son iki ildə biz dəfələrlə  bu cür təxribatların şahidi olmuşuq. Ermənistanın baş naziri beynəlxalq ictimaiyyətə açıq-aşkar yalan danışır.O, həmçinin öz xalqını da aldadır. Ermənistan bununla da istənilən növ sülh sazişindən boyun qaçırır. Mən fürsətdən istifadə edib Birləşmiş Millətlər Təşkilatına və Avropa İttifaqına çağırış edirəm. Bu təşkilatlar oyanmalıdır. Onlar bu məsələdə pozitiv rol oynamırlar. Azərbaycanla Ermənistan arasında bu müharibə başlanandan bəri bu təşkilatlar  pozitiv rol oynamadı. Bununla belə Avropa ittifaqının bir neçə ölkəsi sülh üçün təşəbbüs göstərsə də, Ermənistan bu çağırışlara məhəl qoymur. Məncə, hazırda dünya ictimaiyyətinin Ermənistanı sülhə çağırmaq, onu blok etmək vaxtıdır. Ermənistan dərslərdən nəticə çıxarmalı, başqa ölkəyə qarşı silahları yerə qoymalı və təcili şəkildə sülh sazişinə getməlidir”, - ekspert daha sonra vurğulayıb ki, Azərbaycan şəhidlərinə ehtiramımı bildirir, dərin hüznlə başsağlığı verirəm: “Hər bir pakistanlı indi Azərbaycan xalqı və ordusunun yanındadır. Bu çətin günlərin öhdəsindən birlikdə gələcəyik”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər