Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı günü ilə bağlı "Twitter" paylaşımında bildirib.
"Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb", - qeyd olunub.
Vurğulanıb ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir. (APA)