02.08.2025, 16:01
AZ EN
03.04.2023, 17:39 217

Azərbaycan öz ərazilərində istənilən addımı, istənilən vaxt ata bilər

XƏBƏRLƏR
  • İkinci Qarabağ savaşından, 44 günlük Vətən müharibəsindən iki ildən çox vaxt keçib. Lakin Azərbaycan Ordusu bu gün də qələbə xəbərləri ilə xalqımızı sevindirməyi bacarır. Belə ki, Laçın rayonunun Cavazur və Zabux kəndləri arasında yerləşən bir neçə  hakim yüksəklik, əsas və  yardımçı yollar ordumuz tərəfindən nəzarətə götürülüb. Nəzarətin ordumuza keçməsi, həm də gələcəkdə Ermənistandan, Zabuxdan keçməklə Xankəndinə silah-sursat və şəxsi heyətin daşınmasının qarşısını almağa imkan verəcək. Eyni zamanda  Gorus istiqamətində düşmənin manevrlərini izləməyə və vaxtında müdaxiləyə şərait yaradılacaq.

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı fikirlərini bölüşərkən deyib: “Nəticə etibarilə bu əldə edilən böyük bir zəfərdir. Çünki  məhz Zabux yolu ilə  Ermənistan son 30  ildə daşınmaları bu yol vasitəsilə Xankəndinə həyata keçirirdi.İndi belə bir ərazinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan tərəfində də böyük təşvişlə qarşılanması normaldır. Çünki Ermənistanın Qarabağ separatçılarını qidalandırdığı bir nəfəs borusunu Azərbaycan Ordusu çox səssiz, qansız, sakit və kimsənin gözləmədiyi bir vəziyyətdə və ən  qısa müddətdə azad etdi”.

Hazırda həmin ərazilərdə ordumuzun hissə və bölmələri atəş sistemini qurur, rabitə sistemini bərpa edir. Bu isə ən qısa vaxtda Zabuxa qayıtması planlaşdırılan sakinlərin təhlükəsizliyinin təminatı deməkdir.

Millət vəkili Elşad Mirbəşirli isə bildirib ki,yeni yüksəkliklərə nəzarətimizin təmin olunması təhlükəsizliyin daha etibarlı şərtləndirilməsi baxımından dəyərləndirilməlidir. Bildiyimiz kimi, həm də  Azərbaycan ərazisində yaşayan separatçı ermənilər, həm də ki, Ermənistan dövlətimizin qarşısındakı təxribatlarından əl çəkmək fikrində deyil, bu təxribatların sistemli xarakter almaqdadır. Yaxın gələcəkdə  Laçın rayonu ərazisinə  soydaşlarımızın köçürülməsi nəzərdə tutulub. Bu baxımdan əlavə təhlükəsizlik tədbirlərinin görülməsi çox vacibdir.

Dostda, düşmən də bilsin, Azərbaycan döyüş meydanında atdığı bu addımlar, qazandığı uğurlar nə ilk, nə də sondur. Ötən il mart ayının sonlarında Fərrux səfəri ilə başlanan bu əməliyyatlar bu gün də davam edir. Bu isə bir daha göstərir ki,  Azərbaycan öz ərazilərində istənilən addımı, istənilən vaxt ata bilər.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər