Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir və ilk dəfədir kənd tamamilə qazlaşdırılıb: “Bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, layihənin ikinci fazasıdır. Bu evlərin tikintisi çox qısa bir vaxt çəkəcək”. (APA)