20.04.2025, 09:55
AZ EN
22.04.2024, 15:26 339

4 kəndin qaytarılmasında Rusiya amili...

XƏBƏRLƏR
  • Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş qısa müddətdə baş tuta bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

Putinin mətbuat katibi Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədindən geri çəkilməsi ilə bağlı İrəvanın bəyanatını şərh edib: “Bununla bağlı da heç bir siqnal olmayıb. Gözlədiyimiz budur ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində 2021-ci ildə yerləşdirilib. Rusiya sərhədçiləri Azərbaycana qaytarılacaq 4 kəndin yaxınlığında dislokasiya edilib.

Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub. Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir. Razılığa əsasən, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə uyğun şəkildə dəqiqləşdirilərək tərtib ediləcək. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər