19.10.2024, 19:47
AZ EN
16.12.2023, 16:08 225

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

XƏBƏRLƏR
  • İşğaldan azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsinin yaradılması təxmin edilir.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Oxşar xəbərlər