Bunu Laçında səfərdə olan Türkiyənin "Tvnet" media qurumunun əməkdaşı İsmayıl Umut Arabacı deyib. O, azad edilən ərazilərdə, Qarabağda, Laçında inanılmaz yenidənqurma işləri aparıldığını bildirib: “Ermənilərin dağıtdığı məscidlər, məktəblər, kilsələr, hər şey bərpa edilir, yeni binalar tikilir. Laçın sərhəd məntəqəsi ilə bağlı Azərbaycanın haqlı tərəf olduğu məlum məsələdir. Bu torpaqlar Azərbaycan dövlətinindir və buna görə ölkəyə girmək üçün ermənilər Azərbaycandan icazə almalıdırlar. Bunun əksini heç bir dövlət qəbul etməz”. (APA)