22.11.2024, 03:11
AZ EN
16.03.2023, 13:30 310

Ermənistandan qovulmuş bütün azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququ var

XƏBƏRLƏR
  • İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququ var.

Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Qərbi Azərbaycan tarixi bir diyardır ki, burada azərbaycanlılar yüz illər boyu yaşayıblar, lakin ötən əsrdə zorla deportasiya edilib. Bu, indi Ermənistan adlanan ərazidir! Bunlar çox az danışılan faktlardır və qonşularımız susmağa üstünlük verirlər. Dinlənilmək bizim əsas hüququmuzdur.

“İlk deportasiya 1905-ci ildə, 1918-ci, 1948-53 və 1988-91-ci illərdə, daha sonra digərləri ilə başladı.

1988-91-ci illərdəki son deportasiya Ermənistanı monoetnik ölkəyə çevirdi. Bu qeyri-insani aksiya zamanı 300 000-dən çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, 216 azərbaycanlı öldürülüb. Azərbaycana qarşı ərazi iddiaları isə sonuncu deportasiyadan sonra birinci Qarabağ müharibəsinə və Azərbaycan ərazilərinin 30 illik işğalına səbəb oldu. Halbuki Azərbaycan 2020-ci ildə 44 günlük Müharibə - İkinci Qarabağ müharibəsi zamanı öz torpaqlarını azad edib

Azərbaycanın mədəni-tarixi irsi, o cümlədən indiki Ermənistan ərazisində məscidlər və qəbiristanlıqlar dağıdılmış, toponimlər dəyişdirilin. 300 məscidin dağıdılması cinayət və böyük islamofobiya əlaməti olsa da, bir ölkənin irsini digərinə məxsus kimi təqdim etmək də insanlıqdan kənardır.

Qərbi azərbaycanlılar öz tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalsalar da, qırğınlara məruz qalsalar da, soyqırıma məruz qalsalar da, biz öz doğma yurdumuza sülh yolu ilə qayıtmaq, orada dinc yanaşı yaşamaq istəyirik.

İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququ var.

Təəssüf ki, Ermənistan hökuməti hələ də bu məsələ ilə bağlı konstruktiv mövqe bildirmir.

Bu gün Ermənistan rəsmilərinin qərbi azərbaycanlılarla bağlı silsilə bəyanatlar verməsini - məsələni ərazi iddiası kimi göstərməyə cəhd etdiyini görə bilərik. Bununla da media vasitəsilə azərbaycanlılara qarşı nifrət və anti-müsəlman meyilləri yayırlar.

Ermənistanın baş naziri bizim geri qayıtmaq hüququmuzu ərazi iddiaları kontekstində təqdim etməyə çalışır. Bu həm də etnik ayrı-seçkilik və islamofobiya əlamətidir. Biz sadəcə olaraq Vətənimizə sülh yolu ilə qayıtmaq, orada dinc yanaşı yaşamaq, müqəddəs yerlərimizi, məzarlıqlarımızı ziyarət etmək istəyirik.

Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq zəmanət və yoxlama mexanizmləri ilə evlərimizə qayıtmaq bizim əsas hüququmuzdur. Daha yaxşı Cənubi Qafqaz və iki ölkə arasında sabit sülh üçün etnik ayrı-seçkiliyə, islamofobiyaya və antimüsəlman tendensiyasına son qoyulmalıdır. Bu cür meyllər heç vaxt dünyanın heç bir yerində, o cümlədən Cənubi Qafqazda sülhə və sabitliyə gətirib çıxara bilməz”, - deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR