18.10.2024, 16:22
AZ EN
18.10.2024, 13:07 113

Ərdoğanla Paşinyan arasında “Zəngəzur dəhlizi” barədə gizli razılaşma..

XƏBƏRLƏR
  • "Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Orta dəhliz” adlandırılan layihəyə barədə ayrıca razılaşmanın olduğuna dair proqnozlar səslənir. Bu, yumşaq desək, Rusiya üçün qəbuledilməzdir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə bütün yolların açılmasından söhbət gedir, təkcə Türkiyəni Azərbaycanla birləşdirən Zəngəzur dəhlizindən yox".

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin yaydığı məqalədə deyilir. Müxtəlif ölkələrin siyasi dairələrdən verilən bəyanatların təhlilinə həsr olunan yazıda oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin sözçüsü Dmitri Peskovun söylədiklərinə də diqqət çəkilib. Qeyd olunur ki, Rusiya prezidenti yarım saat davam edən hər iki görüşdə “Zəngəzur dəhlizi” məsələsini də müzakirə edib və bu məlumatı Putinin mətbuat katibi açıqlayıb.

"İki gün əvvəl isə  Mariya Zaxarova Kremli sözçüsü Peskovun dediklərini redaktə edərək deyib ki, "Zəngəzur dəhlizi" termini Moskva tərəfindən istifadə edilmir”, - “Hraparak” nəşri yazıb.

Məqalədə bir da vurğulanır ki, Paşinyan Ərdoğanla “Zəngəzur dəhlizi” yox, Rusiyanın da xüsusi marağında olan “Orta dəhliz” layihəsi ilə bağlı razılığa gələcək. Nəşr "3+3" formatında bu gün İstanbulda keçiriləcək görüşün həm də bu məsələnin mezakirəsi üçün geniş imkanlar yaratdığını yazır: “Oktyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək. Bu format 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə irəli sürülüb. Rusiyanın dəstəklədiyi və üç Cənubi Qafqaz ölkəsinin (Gürcüstan, Ermənistan və Azərbaycan), eləcə də üç region dövlətinin (Rusiya, Türkiyə və İran) iştirakını nəzərdə tutan regional əməkdaşlıq platformasının uğurlu olacağına Ərdoğan və Putin ürəkdən inanır. Rusiya Sergey Lavrovun iclasda iştirak edəcəyini təsdiqləyib, Gürcüstan isə növbəti dəfə boykot elan edib. Gürcülər Rusiya ilə ziddiyyətləri əsas gətirərək bu formatda heç bir görüşdə iştirak etməyiblər”.

Elxan SALAHOV

Oxşar xəbərlər