Bu barədə "Mənim səsim" Seçki Monitorinq Koalisiyası"nın seçkiləri müşahidə nəticələrinə dair brifinqində "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı deyib.
O bildirib ki, Koalisiyanın müşahidəçiləri Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar: “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkilərdən sonra da monitorinqini davam edir. İndi biz monitorinqimizin seçkidən əvvəl və seçki günündən sonrakı yekun - III fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq". (Report)