O, bu barədə tviterdə yazıb:
"Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (Ramin Məmmədov - red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib.
Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. (Report)