Bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də Füzuli rayonuna səfəri zamanı deyib.
Dağıntıların misli görünməmiş barbarlıq nümunəsi olduğunu vurğulayan qonaq Azərbaycan xalqının əzmkarlığı ilə Qarabağın bərpası və yenidən qurulması işlərinin davam etdirildiyini və bu ərazilərin Azərbaycanın inkişaf etmiş regionuna çevriləcəyinə əminliyini bildirib.
“İşğaldan azad olunmuş ərazilərdə bir vaxtlar yaşamış insanların doğma yurdlarına yenidən qayıtması, eləcə də digər insanların buraya gəlib fəaliyyət göstərmələri üçün ən vacib məsələlərdən biri də minaların təmizlənməsi prosesidir. Buranın çox münbit torpağı var. Ona görə də burada təkcə sənaye üçün deyil, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var”, - deyə Turki Al Faysal qeyd edib. (AZƏRTAC)