20.10.2024, 05:21
AZ EN
06.03.2023, 19:35 316

İrəvan yeni müharibə axtarışındadır? - "Əsas məsələ"də ermənilərin növbəti təxribatına dair müzakirə

XƏBƏRLƏR
  • Martın 5-də ermənilər Azərbaycanın Qarabağ bölgəsində növbəti dəfə təxribat törədiblər.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Ötən gün səhər saatlarında daxil olmuş məlumatların yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəticədə qarşı tərəfdən atəş açılıb və atışma baş verib. Hər iki tərəfdən həlak olan və yaralananlar var. Martın 5-dəki erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.("Trend")

Oxşar xəbərlər