11.03.2025, 04:35
AZ EN
10.03.2025, 23:10 123

Albaniyada “Müasir Ermənistan ərazisində nəyə görə azərbaycanlılar yoxdur?” kitabçası nəşr edilib

XƏBƏRLƏR
  • Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov müasir Ermənistan ərazilərində azərbaycanlıların olmamasının tarixi səbəblərinə həsr olunmuş kitabçanın alban dilində nəşr olunduğunu bildirib. Kitab azərbaycanlılara qarşı hücumları və təhdidləri, onların mədəni irsinin silinməsini və vətənə qayıtmaq üçün göstərilən səyləri əhatə edir.

Bu barədə səfir sosial şəbəkədə yazıb.

Səfir postunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Avrasiya Araşdırmaları Mərkəzi (AAM) tərəfindən hazırlanmış “Müasir Ermənistan ərazilərində nəyə görə azərbaycanlılar yoxdur?” adlı bukletin nəşr olunduğunu bildirib. Albanca olan bu nəşr vəziyyətin tarixi icmalını, o cümlədən azərbaycanlılara qarşı hücumları və təhdidləri, onların mədəni irsinin silinməsini, həmçinin tarixi vətənlərinə qayıtmaq üçün göstərilən səyləri və bunun hüquqi əsaslarını təqdim edir.

Diplomat bu nəşrin yerli oxuculara və tədqiqatçılara regiondakı hadisələri və reallıqları daha yaxşı anlamağa kömək edəcəyinə ümidvar olduğunu deyib.(Report)

Oxşar xəbərlər