Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib.
“Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir əlavə edib. (AZƏRTAC)