22.11.2024, 05:13
AZ EN
06.03.2023, 18:46 325

Rusiya XİN Qarabağda gərginliyin artmasından ciddi narahatlığını ifadə edib

XƏBƏRLƏR
  • Rusiyanın Xarici İşlər Nazirliyi Qarabağda gərginliyin artmasından ciddi narahatlığını ifadə edib.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Moskva tərəfləri təkidlə təmkin nümayiş etdirməyə və vəziyyətin gərginliyini azaltmaq üçün addımlar atmağa çağırır, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il noyabrın 9-da imzalanmış Bəyanatında təsbit olunmuş müddəalara ciddi şəkildə əməl olunmasının zəruriliyini təsdiq edir.

Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin və həyat fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün məsələlər bu kontingentin himayəsi altında tərəflərin təması və sülh yolu ilə həll edilməlidir.

M.Zaxarovanın şərhində deyilir: “Baş verənlər Bakı və İrəvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının, o cümlədən regional kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sülh sazişinin imzalanmasının reallaşdırılması çərçivəsində tezliklə danışıqlara qayıtmasının imperativliyini bir daha təsdiq edir”.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR