22.11.2024, 10:34
AZ EN
27.09.2022, 11:45 412

Şəhidlərimiz qardaş ölkədə anılıb

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

İstanbulun Sariye şəhərində Heydər Əliyev parkında başlanın tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Əminə Mustafayeva çıxış edərək 44 günlük Vətən müharibəsində zəfərə imza atan qəhrəmanların şücaətindən danışıb: “İki il öncə Azərbaycan ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavam olaraq sürətli əks-hücum əməliyyatlarına start verdi və 30 il həsrət qaldığımız torpaqlarımızı düşmən işğalından azad etdi.

44 gün davam edən Vətən müharibəsi bizim zəfərimizlə  nəticələndi və bu zəfər sayəsində Azərbaycanın adı həm bölgəmizin, həm dünya tarixinə əbədi olaraq yazıldı.

Qeyd edək ki, tədbirdə Türkiyənin xarici işlər nazirliyinin dairə başqanı Zeynəb Kaleli, Sariyel bələdiyyəsinin sədr müavini Hüseyn Coşqun, İstanbulda akreditə olunmuş diplomatik korpusuun nümayəndələri iştirak ediblər.”

Anım mərasiminin sonunda havaya bəyaz şarlar buraxılıb.

TAHİRƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR