16.09.2024, 23:07
AZ EN
25.01.2024, 17:58 190

Tovmasyan: “Ərazimizin hara qədər olduğunu xəritələrlə müəyyən ediləcək”

XƏBƏRLƏR
  • Azərbaycanloa Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ən vacib məsələ hüquqi qiymətdir. Sərhədlər hər iki tərəfin qəbul etdiyi  xəritələr əsasında müəyyən ediləcək".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin sədri Suren Tovmasyan deyib. Onun sözlərinə görə, hüquqi qiymətləndirmə əsasında prosesin hansı xəritələr üzərində aparıla biləcəyi təxmini də olsa, bəllidir: "Hazırda bu istiqamətdə mükakirələr gedir. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi qrup var, orada mənim müavinlərim də yer alır, gündəlik iş aparılır”.

Komitə rəhbəri bildirib ki, müzakirələrin yekununda hansısa razılaşmalar əldə olunanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr şəhadətnaməsinin olmadığı barədə açıqlamasına da münasibət bildirib. Onun fikrincə, bu, Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiya olunmaması ilə bağlıdır: “Ermənistanın sərhədləri demarkasiya və delimitasiya edildikdə, bu, özlüyündə Ermənistanın sərhədlərinin sənədləşdirildiyi və Ermənistanın suveren ərazisi haqqında məlumatı olduğu anlamına gələcək”.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə müvafiq komissiyalarının növbəti iclası yanvarın sonunda keçirilməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər