18.10.2024, 20:22
AZ EN
06.03.2023, 07:00 347

Ukrayna mətbuatı Qarabağda erməni hərbçilərinin təxribatına geniş yer ayırıb

XƏBƏRLƏR
  • Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribata dair məqalələr dərc edib.

“İnterfaks-Ukrayna”, “UNİAN” informasiya agentlikləri, “Qolos” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin erməni təxribatı ilə bağlı yaydığı bəyanatdakı fikirlər yer alıb. Qeyd olunur ki, martın 5-də erməni silahlı birləşmələrinin törətdiyi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Məqalələrdə, həmçinin qeyd olunur ki, bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. (AZƏRTAC)

Oxşar xəbərlər