Milli Məclisin deputatı Tural Gəncəliyev görüşlə bağlı mətbuata açıqlamasında deyib: “Bildiyimiz kimi, bu mərhələyə qədər, müharibə bitdikdən sonra bizim orada yaşayan erməni sakinlər ilə əlaqələrimiz qurulmuşdu. Bu məsələlərlə bağlı, bizim nümayəndələr ora gedirdilər, müxtəlif məqsədli səfərlər olurdu. Deyək ki, orda Sərsəng su anbarı və s. kimi məsələrlər barədə söhbətlər gedirdi. Təbii ki, Ruben Vardanyan guya ora gəlib bu məsələlərə maneəçilik törətməyə cəhd etdi, bu isə alınmadı. Amma yenə də beynəlxalq təşkilatlarda, beynəlxalq ictimaiyyətdə belə bir fikir səslənirdi ki, orada yaşayan erməni sakinlərinin taleyindən çox narahatdırlar. Təbii ki, bu da bir manipulyasiya aləti kimi dünya erməni lobbilərinin ortaya atdığı bir oyun idi. Beləliklə, Azərbaycan dövlətinin öz vətəndaşlarıyla Azərbaycan ərazisində, Xankəndində, Xocalıda və bundan sonrakı digər yerlərdə quracağı əlaqələr keçirəcəyi görüşlər onu göstərir ki, bizim vətəndaşlarımızla dialoq öz şəxsi işimizdir, nə başqa bir ölkənin, nə də Ermənistanın bu məsələyə qarışmasına imkan verilməyəcək. Bütün hər bir məsələ Azərbaycanın nəzarəti altındadır".
Millət vəkili sonra əlavə edib ki, bu, çox mühüm bir addımdır, həm də bizim bir humanist jestimizin göstəricisirdir. Çünki bəzən dünya və ya erməni propakanda maşınları özünü elə aparırdı ki, guya biz orda olan ermənilərin hamısına nəsə bir xətər yetirə bilərik. Bütün bu görüşlər, dialoqlar erməni mifini alt-üst etdi.
Vardanyanın ərazidən çıxmasıyla bizim ilk görüşümüz baş tutdu: "Separatçı qüvvələr üçün bu görüş həm gözlənilən əlaqələrin olacağını gözləsələr də, belə tez olacağını yəqin etmirdilər. Çünki separatçı regimin özünün siyasəti var. Onun siyasətinin arxasında nələrin durduğunu da bilməmiş deyilik, üstəgəl, Vardanyanın ərazidən çıxmasıyla bizim ilk görüşümüz reallaşdı, - deyə millət vəkili bildirib.
T.Gəncəliyev qanunauyğunluqlara münasibətini ifadə edərkən qeyd edib ki, bu qanunauyğunluq ondan ibarətdir ki, artıq bu əlaqələrin reallaşması ona dəlalət edir ki, orada yaşayan erməni sakinləri, onların praqmatik hissəsi Azərbaycanın konstitutsiyasının, Azərbaycan bayrağının altında yaşamaq üçün hazır olduqlarını da bir növ işdə təsdiqləyirlər. Bu qanunauyğundur, normal bir prosesdir, proses getdikcə daha da dərinləşəcək:"Həm verdikal, həm düşüncə baxımından inteqrasiya prosesi gedəcək. O ki, qaldı bəzi separatçı və monipuliativ üzvlər, onların heç də hamısı Qarabağda yaşayan ermənilərə dəxli yoxdur. Bildiyimiz kimi, dünya erməni təbliğat maşınına xidmət edən müxtəlif yerlərdən Los Acelesdən, Rusiyadan, Amerikadan, Fransadan idarə olunan "Teleqram" kanalarıdır ki, sosial şəbəkələrdəki onlar bu prosesi qəbul edə bilmir. Ona görə də bu dialoqu hər cür mənfi yoldan təqdim etmək, hər cür qarayaxma çəhdlərini edirdilər. Təbii ki, onların əlində yaxşı bir imkan vardı, R.Vardanyanın olduğu müddətdə. Çünki Ruben Vardanyan özü bir destruktiv ünsür kimi həqiqətən də bu dialoqa mane olurdu. Artıq indi nə Vardanyan faktoru da aradan qalxdı. Buna qədər indi "Teleqram" kanalları, o resursların yeganə çıxış yolu mənasız yerə hay-küy salmaqdır. Onlar hay-küy salmaqlarında olsunlar, biz sakinlərimizlə kontaktlar da qururuq, reinteqrasiya prosesləri başlayıb və günü-gündən güclənəcək, genişlənəcək və tezliklə Azərbaycanın suverenliyi, Azərbaycan bayrağı, qanunları həmin o sakinlərin üzərində tətbiq olunacaq və o sakinlər də bundan məmnun olacaqlar.”
Hazırladı: Tahirə AĞAMİRZƏ