Bunu Kolumbiyanın milli televiziyasının jurnalisti Lauryen Kalderin deyib.
"Mən heç vaxt raket hücumlarının bu qədər dağıntıya, bu qədər itkiyə səbəb olduğunu görməmişdim. Bunu təsəvvürümə belə gətirə bilməzdim", - o bildirib.
Jurnalist ermənilərin gecə vaxtı şəhərə raket zərbəsi endirməsinin onlardakı böyük nifrətdən xəbər verdiyini bildirib və bundan çox məyus olduğunu söyləyib: "İlk dəfədir ki, belə bir şeylə rastlaşıram. Kolumbiyada bu barədə çox az adam bilir. Geri qayıdandan sonra tamaşaçılara gördüklərim haqqında çox şey danışacağam".
Dünənki Ağdam səfəri ilə bağlı təəssüratlarını bölüşən jurnalist gördüklərindən şoka düşdüyünü söyləyib: "Nə qədər yol getsək də, dağıntılar bitmək bilmir. Bu, böyük təəssüf hissi doğurur". (Report)