24.12.2024, 16:55
AZ EN
03.03.2023, 17:00 187

Anuarbek Bimagambet: Hər şey dağıdılıb, bunlar qeyri-insani hərəkətlərdir

XƏBƏRLƏR
  • Mən ilk dəfədir bu torpaqlara, Ağdama səfər edirəm. Yolboyu gördüyümüz mənzərə dəhşətlidir. Hər yer yerlə-yeksan olunub, viran qoyulub. Bizə ətrafın minalarla çirkəndirildiyi barədə məlumat verildi. Tədbirlər görülməsinə baxmayaraq, hələ də çox yerdə mina var.

Bunu Ermənistanın işğalından azad olunan Ağdama səfər edən qazaxıstanlı jurnalist Anuarbek Bimagambet söyləyib.

“Burada gördüyümüz hər şey insanı qorxudur. İnsan əli ilə yaradılmış hər şey dağıdılıb, bunlar qeyri-insani hərəkətlərdir. Hər şeyi bərpa etmək olar, amma məhv edilmiş təbiəti, Xan çinarını - bütün bu dağıntılar necə bərpa ediləcək?!”, - deyə o qeyd edib.

Torpaqların azad edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, tikilən hündürmərtəbəli binaların onda xoş təəssürat doğurduğunu söyləyən qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycan dövlətinin hər şeyi yenidən yüksək səviyyədə qurub-yaratmaq istəyi bu yerlərə tezliklə həyatın qayıdacağından xəbər verir. (AZƏRTAC)

Oxşar xəbərlər