22.12.2024, 06:24
AZ EN
26.02.2023, 13:06 194

Türkiyə səfiri: Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir

XƏBƏRLƏR
  • Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

“Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri Çanaqqalada və Bakıda yan-yana yatır”, - deyə səfir bildirib.

Türk millətinin ən ağır faciələrindən birinin də Xocalı soyqırımı olduğunu vurğulayan Cahit Bağçı deyib: “Qarabağın ermənilər tərəfindən işğalı, qətliamlar və 100 minlərlə qardaşımızın yurd-yuvalarından didərgin düşməsi bizim də kədərimiz olub". (AZƏRTAC)

Oxşar xəbərlər