Bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
"Ermənistan tərəfiniin silahlı təxribatının məqsədi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır", - deyə rusiyalı hərbi ekspert sosial şəbəkə hesablarında qeyd edib.
Korotçenko baş verən təxribatın Ermənistanın müdafiə naziri Suren Papikyanın bir müddət öncə ABŞ-da səfərdə olması ilə əlaqələndirib:
"Təxribat ərəfəsində Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfər edib. Təsadüf? Düşünmürəm!"
Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas maraqlı tərəflər ABŞ və Avropa İttifaqıdır. Onlar Ermənistanın əli ilə hərəkət edərək Rusiya üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq multimodal nəqliyyat dəhlizinin işə salınmasını və tam fəaliyyətini pozmaq istəyirlər.
İrəvanın marağı isə ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmaq, Vaşinqton və Parisin dəstəyi ilə Qarabağda separatçı anklav statusunu irəli sürməkdir. (APA)