24.04.2025, 21:25
AZ EN
24.04.2025, 17:55 10

Şahramanyan Xankəndidən necə qaçdığını gizlədir

XƏBƏRLƏR

Otuz ildən çox Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistan antiterror tədbirlərindən sonra Xankəndidən qaçmağı bacaran Samvel Şahramanyanla münasibətləri kəsməkdə maraqlı görünmür. Əksinə, qondarma "artsax"ın sonuncu lideri hakimiyyət nümayəndələri ilə aşkar və ya gizli görüşlərini davam etdirir, separatçı qurumun yaşaması üçün əlindən gələni etməyə çalışır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Samvel Şahramanyan antiterror tədbirlərindən sonra siyasi fəaliyyəti məhdudlaşdırsa da, son vaxtlar fəallaşmağa başlayıb. O, hökumət rəsmiləri ilə görüşlərə can atır, revanşist əhval-ruhiyyəli tərəfdarlarını başına toplaşaraq gələcək planlarını züzakirə edirlər. Belə toplantıların birində o, Xankəndidən necə çıxdığından da danışıb.

Bu gün isə o, qondarma soyqırım abidəsini ziyarət edən zamanı jurnalistlərə açıqlama verib. Lakin o, yenə də Xankəndidən necə qaçdığı barədə ətraflı danışmaqdan imtina edib.

Samvel Şahramanyan bildirib ki, o, qondarma rejimin keçmiş "rəhbərliyi"nin azərbaycanlılar tərəfindən saxlanılmasına şahid olub.

“Bəs niyə özü saxlanılmayıb?” sualına isə Şahramanyan belə cavab verib: “Bu barədə daha sonra açıqlama veriləcək. Hazırda müəyyən proseslər gedir və həmin açıqlamalar bu proseslərə mane ola bilər”.

Xatırladaq ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.

Elxan SALAHOV

Oxşar xəbərlər