09.06.2025, 11:36
AZ EN
11.04.2022, 18:10 512

Ceyhun Bayramovla Ararat Mirzoyan arasında telefon danışığı olub

XƏBƏRLƏR

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı olub. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər