"Xüsusi hərbi əməliyyat" şərti kodu altında başlayan bu müharibəyə dünyanın ilk gündən haqlı etirazını qəbul etməyən Kremlin açıqlamasında isə həqiqətən imperialist maraqların olması və bu maraqlar fonunda Ukraynanın müstəqilliyinin ləğvinin öndə olması açıq-aydın görünür. Müstəqil dövlətin xalq tərəfindən seçilmiş başçısının və bütövlükdə xalqın millətçi adlandırılması isə tarixən səmimi və igidliyi ilə seçilən ukraynalıların müqavimət potensialını daha da gücləndirmişdir. Bu gün əhalisinin 5 milyondan çoxu müxtəlif ölkələrə, o cümlədən Azərbaycana sığınmış ukraynalılar əmindirlər ki, nə qədər itki versələr də qalib gələcəklər. Bu inamı yaradan amillərdən biri də məhz qardaş Türkiyənin onlara verdiyi "Baytaqtar"lardır.
Azərbaycan Ukraynaya öz dost köməyini davam etdirməkdə, humanitar yardımlar göndərməkdədir. Hamının işlətdiyi Slava Ukraine şüarı isə dost ölkənin bizə qarşı olan humanistliyinə olan ədalətli dəyərdir.
N.Qaramanlı