19.05.2024, 04:36
AZ EN
23.02.2023, 14:08 209

Lavrovun müavini: Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda çoxlu maneə var

XƏBƏRLƏR
  • Moskva Ermənistan və Azərbaycana sülh müqaviləsini hazırlamağa kömək edir, lakin sülhə gedən yolda çoxlu maneə var.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Rusiya ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir.

"Rusiyanın vasitəçiliyi konstruktiv və mənalı dialoqu təmin etməkdir, Moskva həmçinin sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb. Sülhə gedən yolda çoxlu maneələr var. Ermənistanla Azərbaycan arasında münaqişənin uzun tarixi var. Onun yekun həlli isə ikitərəfli razılaşmaların etibarlılığını və möhkəmliyini təmin edəcək vaxt, səbir və şərtlər tələb edir. Rusiyanın məqsədi məhz budur ki, Cənubi Qafqazda sülh və sabitlik həmişə ön planda olacaq", - deyə rusiyalı diplomat vurğulayıb. (APA)

Oxşar xəbərlər