Bu barədə “Euronews” telekanalının məlumatında bildirilib.
Telekanal qeyd edir ki, Bakı və Xankəndidə təşkil olunan tədbir Qarabağ Universitetində keçirilən ilk beynəlxalq forum olub.
Bildirilib ki, müzakirələr Qlobal Cənubun beynəlxalq qarşılıqlı əlaqələrdə və regional sabitliyin təmin edilməsində artan roluna həsr olunub.
"Forum iştirakçıları mürəkkəb geosiyasi dəyişikliklər dövründə açıq dialoq və çoxqütblü əməkdaşlığın vacibliyini vurğulayıblar", - “Euronews” qeyd edib. (Report)