13.12.2024, 07:57
AZ EN
22.02.2023, 15:42 275

Səfir: "Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli ola bilər”

XƏBƏRLƏR
  • “Almaniya və Fransa arasında imzalanan Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli kimi istifadə oluna bilər”.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman tviterdə yazıb.

O bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon ilə birlikdə Bakıdakı Fransa liseyində olduqlarını və tələbələrlə görüşdüklərini bildirib.

Qeyd edək ki, 1963-cü il yanvarın 22-də Fransa və Almaniya arasında Parisdəki Yelisey sarayında prezident Şarl de Qoll və kansler Konrad Adenauer tərəfindən imzalanıb. Bu müqavilənin imzalanması ilə iki dövlət arasında əsrlər boyu davam edən qarşıdurma başa çatıb. Yelisey müqaviləsi Fransa ilə Almaniya arasında yeni münasibətlərin təməlini qoyub. (Report)

Oxşar xəbərlər