20.10.2024, 07:44
AZ EN
17.02.2023, 13:19 209

Deputat: Münxen Konfransı ölkəmizə qarşı qarayaxma kampaniyasının alt-üst edilməsi baxımından önəmli olacaq

XƏBƏRLƏR
  • Münxen Təhlükəsizlik Konfransı beynəlxalq siyasi, hərbi məsələlərin müzakirə edildiyi, dünyanın böyük dövlətlərinin rəhbərlərinin, liderlərinin qatıldığı tədbirdir və bütün dünyanın diqqət mərkəzində olur. Tədbir keçirildiyi vaxt demək olar bütün dünyanın nəbzi konfransla vurur. Azərbaycan Prezidenti İlham Əliyevin builki tədbirə də dəvət olunması dövlətimizin başçısına beynəlxalq diqqətin göstəricisidir. Bildiyimiz kimi, Azərbaycan hazırda təkcə regionda deyil, Cənubi Qafqazdan kənarda da mühüm rol oynayır. Bu, geosiyasi, geostrateji və geoiqtisadi məsələlərdə özünü göstərir.

Bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

Deputat qeyd edib ki, bütün bunları nəzərə alsaq, Azərbaycan Prezidentinin belə mötəbər tədbirdə iştirakı heç də təəccüblü deyil. Bu tədbir çərçivəsində Azərbaycan həqiqətlərinin dünyada çatdırılması, ölkəmizin mövqeyi, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu kimi məsələlər gündəmdə olacaq.

“Hesab edirəm ki, bu konfrans, həmçinin son zamanlar bir sıra Qərb siyasətçiləri tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının alt-üst edilməsi baxımından önəmli olacaq. Bu baxımdan da burada Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması təqdirəlayiqdir. Vətən müharibəsindən sonra Azərbaycanın apardığı siyasətin əsas istiqamətlərindən birini də beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın təşviq olunması təşkil edir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşən və bir sıra beynəlxalq nəqliyyat, kommunikasiya marşrutlarının açılması istiqamətində mühüm layihələr həyata keçirən ölkə kimi dünyanın diqqətini cəlb etməkdədir.

Bir daha demək istəyirəm ki, dünyanın az sayda aparıcı liderlərinin, dövlət başçılarının qatıldığı belə mötəbər beynəlxalq tədbirə Azərbaycan Prezidentinin dəvət edilən dövlətimizin başçısının beynəlxalq səviyyədə artan nüfuzunun, ona olan hörmətin ehtiramın göstəricisidir”, - deyə Tural Gəncəliyev vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər