Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Moldova bu il Avropa Siyasi Cəmiyyətinin ikinci iclasına ev sahibliyi edəcək:
“Bu, hər gün güclənən Rusiya təzyiqi qarşısında bizim Moldova ilə həmrəyliyimizin yaxşı nümunəsi olacaq”.
Borrell NATO müdafiə nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Cənubi Qafqazdakı, o cümlədən Gürcüstandakı vəziyyətin də müzakirə ediləcəyini vurğulayıb. (APA)