COP29-a hazırlıq, o cümlədən iqlim mövzusunda jurnalistlərin təcrübələrinin artırılması məqsədilə keçirilən tədbirlərdə BMT Katibliyinin iqlim üzrə mütəxəssisləri iqlim mövzusunda məruzələrlə çıxış edirlər.
Müxtəlif dillərdə təşkil olunan seminar-treninqin ilk günündə BMT Katibliyinin iqlim üzrə xarici əlaqələr katibi Denis Popov iqlim üzrə danışıqların tarixi və indiki mərhələsi barədə ətraflı məlumat verib. Jurnalist və BMT-nin iqlim üzrə müşahidəçisi Anqelina Davidova “Ekologiya haqda necə maraqlı və effektli yazmaq olar?” və “BMT-nin iqlim konfranslarını işıqlandırarkən nəyi bilmək faydalı olar?” kimi mövzularda çıxış edib.
Habelə ekologiya və iqlim məsələlərini sosial şəbəkələrdə işıqlandırmaq kimi mövzular ətrafında müzakirələr aparılıb.
Seminar-treninqin iştirakçıları mətbuat konfranslarına da qatılırlar.(AZERTAC)