25.04.2024, 18:50
AZ EN
08.02.2023, 17:19 315

Cahit Bağcı humanitar yardımların toplandığı məkana gəlib: "Azərbaycanla Türkiyə yenə də tək ürək olub"

XƏBƏRLƏR
  • "İki gündür ki, gecə-gündüz demədən çalışan, dəstəyini əsirgəməyən hər kəsə minnətdarlığımızı bildiririk".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qardaş ölkəyə humanitar yardımların toplandığı məkanı - Heydər Əliyev adına İdman-Konsert Kompleksini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, 700 dən çox xilasetmə qrupları, həmçinin təlim keçmiş itlər Adana Hava Limanından Türkiyəyə çatdırılıb:

"Cənab Prezident İlham Əliyev bir qədər əvvəl səfirliyimizi ziyarət edərək dəstəyini ifadə edib və xatirə dəftərinə öz başsağlığını yazıb. Eyni zamanda dəyərli qiymətləndirmələrini bizimlə paylaşıb və Azərbaycanın təkcə bu gün yox, bundan sonra da Türkiyənin yanında olacağını, bunun üçün hər cür dəstəyin göstəriləcəyini vurğulayıb".

"Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, eyni zamanda digər bütün nazirlər zəng vuraraq öz dəstəklərini təkrar ifadə ediblər" -, diplomat qeyd edib.

C.Bağcı Azərbaycan xalqına da təşəkkür edib:

"Əllərindən gələn köməyi əsirgəmədikləri üçün qardaşlarımıza minnətdarıq. Eyni zamanda Heydər Əliyev Fondu da humanitar yardımların toplanmasında öz dəstəyini verir ki, bu da bizim üçün çox dəyərlidir. Bu gün Azərbaycanla Türkiyə yenə də tək ürək olub. Ümid edirik ki, ən qısa zamanda Türkiyə öz yaralarını sarıyacaq". (Report)

Oxşar xəbərlər