10.10.2025, 23:31
AZ EN
03.10.2025, 14:05 230

Xaçaturyan:"Tramp da "Zəngəzur dəhlizi" deyir..."

XƏBƏRLƏR
  • "Vaşinqtonda keçirilən görüşdən və razılaşmalardan sonra "Zəngəzur dəhlizi" ifadəsini Azərbaycanla yanaşı ABŞ prezidenti Donald Tramp da işlədib".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmilərinin bu ifadəyə etirazları yersizdir: "Sülh prosesi çərçivəsində keçirilən görüşlərdə, şifahi bəyanatlarda səsləndirilən fikirləri açıq demək lazımdır. “Dəhliz” sözünü təkcə Azərbaycan prezidenti İlham Əliyev deyil, Tramp da işlədib. Tramp bunu söyləyəndə Paşinyan onun yanında oturmuşdu, qoy desin, bu necə dəhlizdir".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında üçtərəfli görüşdə Zəngəzur dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub. Görüşdə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasınə əlaqələndirən Zəngəzur dəhlizinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” və ya qısaca TRIPP adlandırılması vı bu layihədə ABŞ-ın da iştirakı razılaşdırılıb. Lakin Ermənistan rəhbərliyi hətta şifahi danışıqlarda "Zəngəzur dəhlizi" ifadəsinin işlənməsindən narahat olduqlarını gizlətmir.

Elxan SALAHOV

Oxşar xəbərlər