Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” kanalına müsahibəsində bildirib.
“Cənubi Qafqazda diqqətin konstruktiv şəkildə quruculuq işlərinin üzərində köklənməsi üçün biz “3+3” formatını təşviq edirik. Bu qrupa 3 Cənubi Qafqaz respublikası - Gürcüstan, Ermənistan, Azərbaycan və böyük qonşu ölkələr - İran, Türkiyə, Rusiya daxildir”, - deyə Lavrov deyib.
Format çərçivəsində ilk görüşün baş tutduğunu qeyd edən nazir qeyd edib ki, bu görüşlər davam edəcək.
Lavrov bildirib ki, ilk olaraq olaraq Azərbaycan və Türkiyə liderləri “3+3” formatının yaradılması təşəbbüsü ilə çıxış ediblər, İran və Rusiya isə bu fikri alqışlayıb. (APA)