22.11.2024, 01:48
AZ EN
20.01.2023, 11:45 171

Ceyhun Bayramov: "Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində Ermənistan tək iştirak etməyib"

XƏBƏRLƏR
  • Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində Ermənistan tək iştirak etməyib. Bu gün xarici işlər naziri Ceyhun Bayramov bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.

C.Bayramov bildirib ki, Qarabağda faydalı qazıntı yataqlarının talanmasında başqa ölkələrin də şirkətləri iştirak edib: “Biz dəqiq ad deyə bilmərik hansı ölkələrdir, amma məlumdur ki, digər ölkələrin də iştirakı olub. Buna beynəlxalq hüquq müstəvisində qiymət veriləcək", - nazir əlavə edib.

Qeyd edək ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bir neçə gün əvvəl jurnalistərə açıqlamasında bildirib ki, Qarabağdakı "Söyüdlü" qızıl yatağında 112,5 ton, "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR