Milli Məclisin deputatı Qaya Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, bədnam azərbaycanofob Natali Luazo təkcə Azərbaycana deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vurmağı özünə həyat missiyası seçib.
Deputat qeyd edib ki, N.Luazo kimi ekstremist və irqçi baxışlara malik bir şəxsin həmin vəzifəyə seçilməsi tamamilə səhv və təxribat xarakterlidir. O, Avropa Parlamentini vəziyyəti düzəltmək üçün təcili addımlar atmağa çağırıb. (AZERTAC)