09.06.2025, 12:04
AZ EN
16.01.2023, 12:26 419

Ceyhun Məmmədov: “Azərbaycan bütün dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıdır”

XƏBƏRLƏR
  • “Bu gün Azərbaycanın həyata keçirdiyi xarici siyasət o qədər peşəkarlıqla aparılır ki, bu gün Azərbaycan həm vasitəçi kimi rol oynaya bilir, həm də  ayrı-ayrı istiqamətlərdə fəal siyasət həyata keçirməyi bacarır. Yəni bizim siyasətimizdə biz bütün dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıyıq.

Prezident İlham Əliyevin BƏƏ-ə səfəri bölgədə cərəyan edən hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və hazırda buna ciddi ehtiyac var”.

Bu fikirlər Milli Məclisin deputatı Ceyhun Məmmədova məxsusdur.

O, bildirib ki, bu gün Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. Dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlər bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. BƏƏ həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Hazırkı səfər həm geniş siyasi məsələhətləşmələr aparılması, həm də yeni sərmayələrin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Hesab edirəm ki, səfərin çox ciddi nəticələri olacaq.

Millət vəkilinin sözlərinə görə, bu gün bölgədə ən çox diqqətlə izlənən məsələlərdən biri də İranda cərəyan edən hadisələrdir. İran özünün həyata keçirdiyi qeyri-dost siyasəti nəticəsində Azərbaycanla olduğu kimi, BƏƏ ilə də müəyyən problemlər yaşayır və İranın siyasəti bölgə dövlətlərini ciddi narahat edir.

C.Məmmədov daha sonra vurğulayıb: “Son dövrlər İsrail-Türkiyə münasibətlərinin normallaşması fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaradıb və BƏƏ-də İsraillər münasibətlərin normallaşması məqsədilə bir sıra mühüm addımlar atılıb. Bütün bu tendensiyalar isə bölgədə təhlükəsizliyi təmin etmək üçün yeni imkanlar yaradır.

Bölgənin gələcəyini düşünən dövlətlərin bir yolu var ki, o da sıx əməkdaşlıqdır. Prezident İlham Əliyevin nümunəsində Azərbaycan bunu uğurla icra edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər