19.10.2024, 09:21
AZ EN
12.01.2023, 08:11 206

Vüqar Əhmədov: “Ermənistanın yeganə nicat yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır”

XƏBƏRLƏR
  • 2022-ci ildə Ermənistan-Azərbaycan arasında gerçəkləşməyən sülh müqaviləsinin 2023-cü ildə reallaşacağından danışan politoloq Vüqar Əhmədov mətbuata açıqlamasında bildirib ki, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına şübhə etmirəm: “Sülh müqaviləsinin reallaşmasına can atan tərəf məhz Azərbaycandır. Ermənistan artıq elə bir vəziyyətdədir ki, qaçacaq yeri qalmayıb. Paşinyan hər tərəfdən sülh çağırışlarının gəldiyini görür. Azərbaycan sülh prosesinə mane olmaq istəyən qüvvələri məharətlə dəf edib. Fransa və İran regionda qarışıqlıq yaratmağa çalışsalar da, buna mane ola bilmədilər.

Ölkə daxilində bir sıra qüvvələr hökumətə Laçın yolunda bizim hərbiçilərimizin də dayanması ilə bağlı çağırış edirdi. Lakin ölkə rəhbərliyi bunu birdən etməyin istənilən nəticəyə yox, yenidən hərbi qarşıdurmanın rəvac verə biləcəyini nəzərə alaraq, səbrlə, yumşaq güc və sivil aksiyalar vasitəsi ilə sülhü yaxınlaşdırma yönündə siyasət aparır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu strategiya sülhün aça bilmədiyi qapıları hərbi güclə, hərbi gücün işlənməsinə zərurət olmadığı qapıları isə sülh yolu ilə açmaqdan ibarətdir. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq.

Bu gün Xankəndi və Zəngəzur istiqamətində bağlı qapıların necə açıldığını müşahidə edirik.

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlayıb. Bu da bağlı qapıların açıldığına bir işarədir. Baş verən proseslər ermənilər üçün geriyə dönüşün olmadığını bir daha ortaya qoyur. Ermənistanın yeganə nicat yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər