23.12.2024, 23:40
AZ EN
07.01.2023, 07:00 217

ABŞ-ın ATƏT-dəki səfiri Laçın-Xankəndi yolunun “blokadası” haqqında yalan xəbərlərlə aldadılıb

XƏBƏRLƏR
  • Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycanın Laçın-Xankəndi yolunu guya “bloklaması” ilə bağlı narahatlığına münasibət bildirib.  ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter öz "Twitter" səhifəsində yazıb ki, ABŞ Laçın yolunun üç həftədən artıqdır ki, guya “blokadada” olmasından, bunun “ciddi humanitar vəziyyət yaratmasından” narahatdır.

"Biz Beynəlxalq Qızıl Xaç Komitəsinə bu müddət ərzində kritik yardım göstərdiyinə görə təşəkkür edirik, lakin Azərbaycan və Rusiyanı girişi dərhal bərpa etməyə çağırırıq", - deyə o əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə M.Karpenterə cavab olaraq deyib ki, “təəssüf ki, səfir “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldadılıb”, eyni zamanda səfərə sual verib: "Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?"

O, həmçinin haqlı olaraq qeyd edib ki, əgər Laçın-Xankəndi yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi.

Halbuki elə dünən Rusiya sülhməramlılarına məxsus 20-dən çox texnika Laçın-Xankəndi yolu ilə hərəkət edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 26 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Oxşar xəbərlər