“Lokal əməliyyatların hansı istiqamətdən başlanacağı barədə müxtəlif versiyalar irəli sürülməkdədir. Lakin Ermənistan mediasında tirajlanan xəbərlərdən görünür ki, İrəvan Qarabağda sülhün təmin olunmasında o qədər də maraqlı deyil və sülhdən yayınmaq üçün bütün imkanlardan yararlanmağa çalışır. Ermənistan mətbuatında Azərbaycanla yeni hərbi toqquşmaların olacağı barədə müxtəlif məlumatların yayılması da bu fikirləri əks etdirir”.
Bi fikirləri mövzuya münasibət bildirən hərbi ekspert Elxan Şıxaliyev səsləndirib. O, qeyd edib ki, ermənilər müharibə istəyirlər və bunu açıq şəkildə bəyan edirlər. Onun fikrincə, problem siyasi yolla həllini tapmayanda müharibə qaçılmaz olur: "2022-ci ildə siyasi problemlər həllini tapmadı. Bundan başqa, ermənilər bizə mesaj verdilər. Bu mesajda Ermənistan və Qarabağdakı separatçılar üç istiqamətdə yollarının olduğunu qeyd etdilər. Mesaja görə, onlar Azərbaycanla inteqrasiya yolunu tuta, ərazilərdən çıxıb gedə, ya da döyüşə bilərlər. Sonuncu mitinqlə separatçı rejimin rəhbərliyi döyüş yolunu seçdiklərini bildirdilər".
Hərbi ekspertin fkrinə görə, əgər sülh müqaviləsi imzalanmasa, Azərbaycan siyasi və hərbi yolla güc tətbiqi edə bilər: "Bizim 3 istiqamətdə tələblərimiz var. Ermənistan ərazi bütövlüyümüzü tanımalı, separatçılar ərazilərimizdən çıxarılmalı və Zəngəzur dəhlizi ilə bağlı öhdəlik yerinə yetirilməlidir. Əgər 2023-cü ildə Ermənistan sadaladığımız üç istiqamətdə konstruktiv addım atmasa, Azərbaycan özü bunu hərbi yolla təmin etməlidir. Bu da normaldır. Bütün hərbi araşdırma mərkəzləri, beyin mərkəzləri müharibənin olacağı ilə bağlı proqnozlar verirlər. Məncə, belə qiymətləndirmə doğrudur. Fərrux əməliyyatında, Qisas əməliyyatında, 12-14 sentyabr əməliyyatında ermənilər Azərbaycan Ordusunu təhrik etdilər. Bu dəfə də eyni hal olarsa, Azərbaycan Ordusu şərti sərhəddə və Qarabağ ərazisində antiterror əməliyyatları keçirə bilər. Əlbəttə, ordumuz istənilən vaxt əməliyyata tam hazırdır".
E.Şıxəliyev daha sonra əlavə edib ki, Ermənistan Azərbaycanı müharibəyə təhrik etməklə bir sıra nəticələr əldə etmək istəyir: "2022-ci ilin sonunda Azərbaycan Ordusunun daha da güclənməsi təhdidlərin nəticəsi idi. Ermənistanın və Qarabağdakı separatçıların ritorikasında təhdid həmişə hiss olunur. Hesab edirəm ki, onlar Dəmir yumruğun işə düşməsini tələsdirmək istəyirlər. Beləliklə, onlar sülhməramlıları atəş altında qoymağa, Azərbaycan və Rusiya arasında siyasi münasibətləri korlamağa çalışırlar. Bundan əlavə, şərti sərhəddə atəş açılması ilə Ermənistanda yerləşən Avropa İttifaqı missiyasına "atəşkəsi Azərbaycan pozur" mesajını verməyi hədəfləyirlər.
Ermənistan bir daha atəşkəsi pozaraq, hansısa əsgərimizin ölümünə səbəb olarsa, Azərbaycan buna daha ağır cavab verəcək. Yəni Azərbaycan Ordusunun şərti sərhəddə və Qarabağın dağlıq hissəsində müəyyən yerdəyişmələrini mümkün hesab edirəm. Son günlər Ermənistan mətbuatında Azərbaycanla yeni hərbi toqquşmaların olacağı barədə müxtəlif məlumatlar yayılır. Son günlər Ermənistan mətbuatında Azərbaycanla yeni hərbi toqquşmaların olacağı barədə müxtəlif məlumatlar yayılır”.
Hazırladı: Tahirə AĞAMİRZƏ