QAİ-nın rəhbəri, millət vəkili Əziz Ələkbərlinin Real televiziyasına verdiyi məlumata görə, icmanın hazırda Türkiyənin Ankara, İzmir, Manisa, İstanbul şəhərlərində, Hollandiyada, Almaniyada, hətta Fransada da nümayəndəlikləri var. Əziz müəllim söyləyib ki, icmanın xarici ölkələrdə nümayəndəliklərinin açılması çox vacibdir. Bu günə qədər onların hansı ölkələrdə nümayəndəlikləri yoxdursa tezliklə buna nail olacağıq. Azəbaycan diasporu, xarici ölkələrdəki səfirliklərimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya yaymalıdır. Bunun üçün həqiqətləri əks etdirən materiallar, video-çarxlarla həmin nümayəndəliklər təmin edilməlidir. Ə.Ələkbərli onu da əlavə edib ki, xarici vətəndaşlara Qərbi Azərbaycan həqiqətlərini onların qəbul edəcəyi formada çatdırmaq lazımdır.
Hazırladı: Mina RƏŞİD