RF XİN rəhbərinin müavini Mixail Qaluzin bu sözləri TASS agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi danışıqlar, xüsusilə də sülh sazişinə dair danışıqlar üçün şəraiti gərginləşdirir. Rusiya tərəfi bu ərazidə yaranmış vəziyyətin nizamlanması üçün fəal səy göstərir. M.Qaluzin deyib: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə bütün istiqamətlərdə birgə işlərin tezliklə bərpa olunmasına ümid edirik”.
Diplomat deyib: “Hesab edirik ki, bu halda sənədin razılaşdırılması tarixi o qədər də mühüm deyil. Əsas odur ki, Bakı və İrəvan regionda möhkəm və ədalətli sülhə zəmanət verən qarşılıqlı məqbul həllə nail olsunlar.
Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlar prosesinə 31 oktyabr tarixli Soçi Zirvə görüşünün yekunlarına dair RF, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyanatında müəyyən edildiyi kimi kömək etməyə hazırdır.