Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.
"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir", - o bildirib.
Paşinyan diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib. (Report)