28.10.2025, 06:48
AZ EN
21.10.2025, 13:24 228

Ermənistan Vaşinqton razılaşmasını niyə ləngidir....

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya sonuncu səfərindən sonra Vaşinqton razılaşmaları və digər bəyanatlar təhrif olunmuş şəkildə təqdim edilir. həmin səhv izahatları elə Paşinyanın özü və xarici işlər naziri Ararat Mirzoyan edir. Bu, onu göstərir ki, erməni tərəfi prosesin uzadılması yolunu seçib.

"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. O, qeyd edib ki, Ermınistan rəhbərliyinin ziddiyyətli bəyanatları avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş razılaşmalar pozmaq niyyəti güdür. Onun sözlərinə görə, Azərbaycan tərəfindən bu hallar diqqətlə izlənilir və faktiki olaraq, Zəngəzurdan keçən “Tramp marşrutu”nun açılmasının vaxtının uzadılmasına xidmət edən bəyanatlar saf-çürük edilir.

keçmiş nazir Ermənistan rəhbərliyinin razılaşmaları ləngitmək istəyini bir neçə amillərlə əlaqələndirir. onun fikrincə, əsas amillərdən biri  “Tramp marşrutu”nun keçəcəyi Zəngəzur bölgəsindəki sərhəddə hələ də rus əsgərinin dayanması ola bilər: "Bu məsələnin necə həll olunacağı hələlik bəlli deyil, amma hansısa bir şəkildə həll olunmalıdır. Çünki razılaşmaya əsasən, “Tramp marşrutu” ABŞ-a məxsus konsorsiumun icarəsi əsasında fəaliyyət göstərməlidir. Ona görə də dəhlizin keçəcəyi ərazidə təhlükəsizliyin rus sərhədçiləri tərəfindən təmin ediləcəyi və başqa qüvvələrin orada dayanacağı ilə bağlı suallar açıq qalır".

 

Elxan SALAHOV

Oxşar xəbərlər